“Regionda kommunikasiyaların açılması birbaşa demarkasiya prosesi ilə bağlıdır”.
Turkustan.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Əgər dəmir yolu, qaz kəməri və ya elektrik ötürücü xətləri müəyyən ərazilərdən keçməlidirsə, tikintiyə başlamazdan əvvəl dövlət sərhədinin həmin hissədə dəqiq haradan keçdiyini müəyyənləşdirmək son dərəcə vacibdir. Bu, ilk növbədə çoxsaylı təşkilati, iqtisadi və hüquqi məsələlərlə bağlıdır”, – Paşinyan bildirib.
O vurğulayıb ki, dəmir yolunun hansı hissəsinin Ermənistandan, hansının Azərbaycandan keçdiyi və hansı ərazinin neytral zona olduğu dəqiq bilinməlidir:
“Eyni yanaşma digər infrastruktur obyektlərinə də aiddir. Bərpa işləri ilə bağlı problemlər yaranarsa, Ermənistan hökuməti dəmir yolunun bəzi hissələrini Rusiyadan geri ala bilər”.
Qeyd edək ki, Paşinyan bir qədər əvvəl Zəngəzurda dəmir yolunun bəzi hissələrinin bərpasını Rusiyadan xahiş etmişdi. Həmçinin qeyd etmişdi ki, rusiyalı tərəfdaşlar prosesi icra etməsə, Ermənistan bunu öz büdcəsi hesabına həyata keçirəcək. /Globalinfo.az/