İsrail Baş nazir Benyamin Netanyahu və ABŞ Prezidenti Donald Trampın “B-22” bombardmançı hərbi təyyarəsini idarə etmələrinə dair süni intellekt tərəfindən hazırlanan video sosial şəbəkələrdə viral olub.
Turkustan.az “Times of Israel”ə istinadən xəbər verir ki, videoda onlar adı açıqlanmayan səhrada yerləşən binaların üzərindən uçurlar. Qısa klipdə iki liderin günəş eynəyi taxaraq bir-birinə baxdığı görünür. Alt yazıda “Zəfər paradında” ifadəsi və “#altıay” həştəqi yer alıb.
Video İsrail-İran münaqişəsinin bitməsinin altıncı ayını anmaq məqsədilə hazırlanıb. 13 iyun 2025-ci ildə başlayan münaqişə 12 gün davam edib. İsrail bildirib ki, bu hücumlar İranın Yəhudi dövlətini məhvetmə planlarını dayandırmaq üçün zəruri olub.
İran isə nüvə silahı axtarışında olduğunu inkar etsə də, uran zənginləşdirmə səviyyəsini artırıb, beynəlxalq müfəttişlərin nüvə obyektlərinə çıxışını məhdudlaşdırıb və ballistik raket potensialını genişləndirib. İran hücumlara cavab olaraq, İsrailə 500-dən çox ballistik raket və təxminən 1100 pilotsuz uçuş aparatı (PUA) göndərib. Hücumlar zamanı İsraildə 32 nəfər ölüb, 3 mindən çox şəxs yaralanıb. Münaqişənin sonlarına doğru isə ABŞ da İranın nüvə obyektlərinə yönəlmiş əməliyyatlarda iştirak edib.
Sözügedən video İsrail-ABŞ əməkdaşlığının simvolik nümayişi kimi qiymətləndirilib.