Türkiyə Milli Müdafiə Nazirliyi İsrail Yunanıstan və Kipr Yunan Administrasiyası (GKA) arasında aparılan danışıqlara münasibət bildirib.
Turkustan.az xəbər verir ki, nazirliyin bəyanatında qeyd olunub:
“Biz İsrail, Yunanıstan və Kipr Respublikasının son fəaliyyətlərini, üçtərəfli zirvə görüşlərindən sonra verilən açıqlamaları, eləcə də bu görüşlərdə qəbul edilən qərarlar çərçivəsində gündəmə gətirilən hərbi əməkdaşlıq təşəbbüslərini yaxından izləyirik. Bu təşəbbüslər Türkiyə üçün hərbi təhlükə yaratmır. Türkiyə regionda sabitliyin və dialoqun qorunmasına sadiqdir.”
Bəyanatda vurğulanıb ki, İsrailin Türkiyəni hədəf alan açıqlamaları və bölgədə gərginliyi artıra biləcək ritorikası nə reallıqlara, nə də beynəlxalq hüquqa əsaslanır. Türkiyənin NATO müttəfiqliyinə əsaslanan mövqeyi Egey və Şərqi Aralıq dənizində konstruktiv dialoqa üstünlük verir. Bununla yanaşı, bildirilib ki, müttəfiqlik ruhuna zidd addımlar bölgədəki mövcud vəziyyəti dəyişdirə bilməz.
Aytən Yaşar/ Turkustan.az