Millimiz bu gün Portuqaliya ilə qarşılaşır


U-21 yığma komandamız bu gün AVRO-2027-nin seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxacaq.

Turkustan.az xəbər verir ki, Rəşad Eyyubovun rəhbərlik etdiyi kollektiv Portuqaliya yığması ilə üz-üzə gələcək.

8-ci km stadionunda baş tutacaq görüşə saat 15:00-da start veriləcək.

Azərbaycan millisi B qrupunda 5 xalla 5-ci sıradadır. Portuqaliya isə 13 xalla birinci pillədə qərarlaşıb.

Avropa çempionatı

Seçmə mərhələ

27 mart

15:00 Azərbaycan U-21 – Portuqaliya U-21


MANŞET XƏBƏRLƏRİ