İsrail-Livan danışıqları başladı


Vaşinqtonda İsrail və Livan arasında danışıqlar başlayıb.

Turkustan.az xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio da danışıqlarda ev sahibi kimi iştirak edir.

ABŞ Dövlət Departamentinin binasında keçirilən danışıqlarda hər iki ölkənin nümayəndələri ilə yanaşı, bir sıra yüksək vəzifəli ABŞ rəsmiləri də iştirak edib.

Rubio ilə yanaşı, Vaşinqtondakı danışıqlarda ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Valts, ABŞ-ın Beyrutdakı səfiri Mişel İssa, İsrailin Vaşinqtondakı səfiri Yeçiel Leyter, Livanın Vaşinqtondakı səfiri Nada Hamadeh-Moavad və Dövlət Departamentinin rəsmisi Mayk Nidham iştirak edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ