"Sabah" ilə oyunumuzda komandamıza dəstək olmaq istəyən xanım azarkeşlərimiz üçün stadiona giriş sərbəstdir!
Turkustan.az xəbər verir ki, bu barədə "Qarabağ" klubundna məlumat verilib.
Bildirilib ki, Azərbaycan Kubokunun yarımfinal turu çərçivəsində “Sabah” ilə keçiriləcək ev oyunumuzda komandamızı dəstəkləmək istəyən xanım azarkeşlərimiz üçün giriş tamamilə pulsuzdur.
Qeyd edək ki, qarşılaşma aprelin 3-ü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Matçın start fiti 20:00-da səslənəcək. /modern.az/