Vens: Top artıq İranın meydanındadır!


ABŞ-ın vitse-prezidenti JD Vance Pakistanda İranla aparılan danışıqlarda mühüm irəliləyiş əldə olunduğunu, lakin prosesin davamının və mümkün razılaşmanın Tehranın mövqeyindən asılı olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Vens Fox News kanalına açıqlamasında qeyd edib ki, “Düşünürəm ki, top artıq İranın meydanındadır”.

O, həmçinin Pakistandakı İran nümayəndə heyətinin yekun razılaşmanı imzalamaq səlahiyyətinə malik olmadığını iddia edərək, ABŞ nümayəndə heyətinin danışıqları tərk etməsinin səbəbinin də bu olduğunu vurğulayıb.

Vance əlavə edib ki, tərəflər arasında hələ razılıq əldə olunmasa da, danışıqlarda əhəmiyyətli irəliləyiş var. O, İranın iqtisadi baxımdan normal bir ölkə kimi fəaliyyət göstərməsi üçün nüvə silahına sahib olmamalı olduğunu da qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ