ABŞ prezidenti Donald Tramp İranla mümkün danışıqlara dair açıqlamasında yaxın günlərdə mühüm inkişafların ola biləcəyini bildirib.
Turkustan.az xəbər verir ki, Tramp “New York Post” qəzetinə verdiyi müsahibədə cari proseslər barədə danışaraq “Növbəti iki gündə nəsə baş verə bilər. Biz ora (Pakistana) getməyə daha çox meylliyik” deyib.
O qeyd edib ki, danışıqların Pakistanda keçirilməsi ehtimalı daha yüksəkdir və bu seçim Pakistanın Ordu Qərargah rəisi general Asim Munirin roluna görə nəzərdən keçirilir. Tramp Munirin prosesdə “çox yaxşı iş gördüyünü” bildirib.
Məlumata görə, ABŞ və İran arasında son görüş ötən həftəsonu Pakistanın paytaxtı İslamabadda baş tutub və general Asim Munirin danışıqların asanlaşdırılmasında mühüm rol oynadığı qeyd edilir.
Aytən Yaşar/ Turkustan.az