Jurnalistlər Ekstremal Şəraitdə İctimai Birliyi vətənpərvərlik mövzusunda layihənin icrasına başlayır


Jurnalistlər Ekstremal Şəraitdə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Vətənpərvərlik mövzusunda dəyirmi masaların təşkili” layihəsinin həyata keçirilməsinə başlayır.

Layihə 3 ay müddətində Şamaxı, Masallı, Astara, Biləsuvar, Lənkəran rayonlarında həyata keçiriləcək.

Təşkilatdan verilən məlumata görə, layihənin məqsədi cəmiyyətdə vətənpərvər və hərbi vətənpərvərlik hissslərinin düzgün aşılanmasına, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasına kömək etməkdir.

Layihə çərçivəsində Şamaxı, Masallı, Astara, Biləsuvar və Lənkəran rayonlarının hər birində 1 günlük tədbirlərin təşkili və keçirilməsi nəzərdə tutulur. Hər birində 20 nəfərin iştirakı təmin olunacaq tədbirlərdə gənclər, müharibə əlilləri, qazilər əsas götürülməklə ümumilikdə 100 nəfərlik əhali qrupunun iştirakı nəzərdə tutulur.

Keçiriləcək tədbirlərdə Vətən müharibəsinin qəhrəmanları və qazanılan qələbənin səbəbləri barədə yeniyetmə və gənclərə ətraflı məlumat verilməsi, Vətən müharibəsinin qəhrəmanlıq nümunələri haqqında yeniyetmə və gənclərin bir daha məlumatlandırılması və onlarda hərbi vətənpərlik hisslərinin daha da möhkəmləndirilməsi nəzərdə tutulur.

“Müzəffər Ali Baş Komandanın ordu quruculuğu və qələbəmizdəki böyük rolu”, “Vətən müharibəsinin qəhrəmanları heç vaxt unudulmayacaq”, “Azərbaycan xalqı 44 gün bir yumruq kimi”, “Vətəni cəsur igidlərimiz- qəhrəman şəhidlərimiz kimi sevməliyik” mövzularında keçiriləcək tədbirlərin media və sosial şəbəkələr vasitəsilə ictimailəşdirilməsini təmin etmək nəzərdə tutulur.


MANŞET XƏBƏRLƏRİ