QHT nümayəndə heyəti Vyetnamdakı səfirliyimizdə olub


Azərbaycan ilə Vyetnam arasında dostluq və humanitar əməkdaşlıq əlaqələrinin inkişafına töhfə vermək məqsədilə "Beynəlxalq Humanistika İnstitutu" İctimai Birliyinin sədri Elmira Məhəddinlinin rəhbərlik etdiyi nümayəndə heyəti 2026-cı ilin İyun ayında Vyetnamda Azərbaycan Respublikasının Vyetnamdakı səfirliyinin müşaviri Samir Məlikli ilə görüş keçirmişdir.

Görüşdə iki ölkə arasında mədəni əlaqələr, vətəndaş cəmiyyətləri arasında əməkdaşlıqların qurulması kimi məsələlər müzakirə olunub.

Müşavir S.Məlikli Azərbaycan ictimai sektorunun fəallarına səfirliyin fəaliyyəti barədə məlumat verib. İki ölkənin vətəndaş cəmiyyətləri arasında ayrl-ayrı sahələr üzrə əməkdaşlığın qurulmasının əhəmiyyətini vurğulayıb.


MANŞET XƏBƏRLƏRİ