20 may 2026-cı il tarixində WUF13 (World Urban Forum - Ümumdünya Şəhərsalma Forumu) çərçivəsində Qazaxıstan Vətəndaş Alyansı Assosiasiyası və Azərbaycan Qeyri Hökümət Təşkilatı "Davamlı Turizmin İnkişafına Dəstək" İctimai Birliyi arasında əməldaşlıq memorandumu imzalandı.
Qazaxıstan Vətəndaş Alyansı Assosiasiyasının prezident Nurqaziyeva Banu Qəniyevna və Azərbaycan QHT-si “Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Nərminə Qəribova arasında tərəfdaşlıq, bərabərlik, qarşılıqlı hörmət, açıqlıq və dürüstlük prinsiplərini rəhbər tutaraq, aşağıdakılar barədə əməkdaşlıq memorandumu bağladılar:
Memorandumun predmeti Qazaxıstan Respublikası və Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatları arasında sosial-humanitar sahədə beynəlxalq əməkdaşlığın inkişafı və möhkəmləndirilməsidir. Buraya vətəndaş cəmiyyətinin inkişafı, təhsil, gənclər siyasəti, könüllülük, ictimai diplomatiya, ekspert əməkdaşlığı məsələləri, eləcə də qarşılıqlı maraq doğuran birgə tədbirlərin, layihələrin və təşəbbüslərin təşkili və keçirilməsi daxildir.
Tərəflərin birgə
səlahiyyətlərinə aşağıdakılar nəzərdə tutulmuşdur.
- Sosial-humanitar sahədə beynəlxalq əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi, o cümlədən qarşılıqlı maraq doğuran birgə təşəbbüslərin, layihələrin və proqramların həyata keçirilməsi, xüsusilə:
- Vətəndaş cəmiyyəti, təhsil, gənclər siyasəti, könüllülük, ictimai diplomatiya, elm və ekspert fəaliyyəti sahələrində beynəlxalq tərəfdaşlığın və əməkdaşlığın inkişafı;
- Beynəlxalq əməkdaşlıq çərçivəsində təcrübə, bilik, ən yaxşı praktika və ekspert yanaşmalarının mübadiləsi;
- Beynəlxalq forumların, konfransların, dəyirmi masaların, seminarların, təlimlərin, dialoq platformalarının və digər tədbirlərin təşkili və keçirilməsi;
- Beynəlxalq akademik, ekspert və institutlararası əməkdaşlığın inkişafına dəstək;
- Tərəflərin regional və beynəlxalq səviyyədə qarşılıqlı təşviqi, tətbiq olunan peşəkar standartlara və Tərəflərin daxili siyasətlərinə riayət olunmaqla.
- Qarşılıqlı maraq doğuran məsələlər üzrə operativ informasiya, analitik və metodiki materialların mübadiləsi, həmçinin birgə fəaliyyətin əlaqələndirilməsi.
- Beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları, təhsil və tədqiqat müəssisələri, vətəndaş cəmiyyəti institutları, ictimai birliklər, biznes icması və dövlət orqanları ilə tərəfdaş əlaqələrinin inkişafına dəstək.
- Mədəniyyətlərarası dialoqun, ictimai əməkdaşlığın və dayanıqlı inkişafın möhkəmləndirilməsinə yönəlmiş birgə beynəlxalq təşəbbüslərin hazırlanması və həyata keçirilməsində iştirak etmək.
WUF 13 Ümumdunya şəhərsalma forumu öz məqsədlərinə çatmaqdan əlavə müxtəlif ölkələrdən olan işgüzar insanların tanış olmasına geniş imkan yaratdı. Əminik ki, bu memorandum Azərbaycan və Qazaxistan QHT- ləri arasında əməkdaşlığın güclənməsinə və faydalı layihələrin icrasına tövhə verəcək.