Avropa Komissiyası iqtisadi böhranı aradan qaldırmaq və ixtisaslı işçi qüvvəsini cəlb etmək üçün viza qaydalarını yumşaldır.
Turkustan.az Bakupost.az-a istinadən xəbər verir ki, bu çərçivədə 6 strateji əhəmiyyətli peşə qrupu üçün Şengen bölgəsində 90 günlük qalma limitinin uzadılması və ikitərəfli müqavilələr əvəzinə vahid Aİ sisteminə keçid planlaşdırılır.
Bu qrupa isə qastrol səfərlərində olan sənətçilər, beynəlxalq tədbirlərində iştirak edən idmançılar, sərhədyanı layihələrdə çalışan mütəxəssislər, AB sənaye və xidmət sektorlarını dəstəkləyən işçilər, AB ölkələrinə xidmət göstərən yük maşını və logistika sürücüləri, regional layihələrdə çalışan məsləhətçilər daxildir.