Xanhüseyn Kazımlının ölüm səbəbi bilindi


Xəbər verdiyimiz kimi, sabiq deputat Xanhüseyn Kazımlı vəfat edib.

Musavat.com-un əldə etdiyi məlumata görə, X. Kazımlı uzun müddət imiş ki, parkinson xəstəliyindən əziyyət çəkirmiş.

O, xəstəliyi ilə bağlı müalicə alırmış və bundan öncə də bir neçə dəfə vəziyyəti kritikləşibmiş. Dünən axşam isə saat 8 radələrindən sabiq millət vəklinin vəziyyəti pisləşibmiş.

Qeyd edək ki, Xanhüseyn Kazımlı Azərbaycan Sosial Rifah Partiyasının sədri olub. O, beş çağırış Milli Məclisin deputatı idi.

2002-ci ildə Prezidentin fərmanına əsasən "Şöhrət" ordeni ilə təltif edilib.

5 övladı var. Azərbaycan İpoteka Fondunun icraçı direktoru Fəxri Kazımovun və Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımovanın atasıdır.

Allah rəhmət etsin.


MANŞET XƏBƏRLƏRİ