Azərbaycan vətəndaşlarına verilən şəxsiyyət vəsiqələri dəyişəcək.
Məlumata görə, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.
Şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri əlavə ediləcək. Məlumat şəxsiyyət vəsiqəsinin arxa hissəsində yerləşdiriləcək.
Elektron daşıyıcıda (çipdə) əvvəlki variantla müqayisədə yalnız daha zəruri məlumatlar saxlanılacaq.
Eyni zamanda vəsiqənin verilməsi qaydalarına da dəyişikliklər edilib. Belə ki, vəsiqə dəyişdirilməli olan hallara yaşayış yerinin dəyişməsi əlavə olunur.
Bundan başqa, əgər vəsiqə və ya elektron daşıyıcısında texniki və ya məzmunla bağlı səhv aşkar edilərsə, düzəlişin dövlət rüsumu tutulmadan həyata keçirilməsi nəzərdə tutulur.
Yeni şəxsiyyət vəsiqələri aşağıdakı kimi görünəcək:
Hazırkı şəxsiyyət vəsiqələri isə belə görünür:
çodern.az