AZAL təyyarəsinin vurulma əmrini verən generalın YENİ FOTOSU


"Minval Politika" AZAL-ın 8243 saylı mülki reysinin vurulması əmrini verən rus general-mayor Aleksandr Tolopilonun yeni fotosunu dərc edib.

Turkustan.az xəbər verir ki, 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan sərnişin təyyarəsinə qarşı “Pantsir-S” zenit-raket kompleksi tətbiq olunub. General Tolopilo bu hücuma icazə verən şəxs kimi tanınır.

Qeyd edək ki, hücum nəticəsində təyyarə Aktauda məcburi eniş edib. 67 sərnişindən 38-i həyatını itirib.

Xatırladaq ki, hadisənin təfərrüatları və həmin günün xronologiyası bir gün öncə "Minval Politika" tərəfindən yayımlanıb. /musavat.com/


General-mayor Aleksandr Tolopilonun yeni fotosu


MANŞET XƏBƏRLƏRİ