CHP lideri Özgür Özəl Kılıçdaroğluna başsağlığı verdi.
Turkustan.az xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl partiyanın əvvəlki sədrlərindən Hikmət Çətin və Murat Karayalçın ilə birlikdə keçmiş CHP lideri Kamal Kılıçdaroğluna başsağlığı ziyarətinə gedib.. Ziyarətin səbəbi Kılıçdaroğlunun əkiz qardaşı Adil Kılıçdaroğlunun vəfat etməsi olub.
Başsağlığı ziyarəti zamanı Özgür Özəl və keçmiş liderlər Kılıçdaroğluna başsağlığı diləklərini çatdıraraq, bu ağır günlərdə onun yanında olduqlarını ifadə ediblər. Görüş zamanı ailə üzvlərinə də səbir və dözüm arzulanıb.
Partiya daxilində həmrəylik və insani münasibətlərin önəmli olduğunu vurğulayan Özgür Özəl, sosial media hesabından da paylaşım edərək Kamal Kılıçdaroğlunun acısını paylaşdığını qeyd edib.
Aytən Yaşar/ Turkustan.az