ABŞ-ın sabiq prezidenti Donald Tramp, HƏMAS-ın atəşkəs və girovların azad edilməsi ilə bağlı razılaşmaya yanaşmadığını bildirib.
Turkustan.az xəbər verir ki, o, bu vəziyyətdə nəticənin artıq bəlli olduğunu vurğulayaraq sərt açıqlamalar verib.
Tramp açıqlamasında deyib:
"Onlar razılaşmaq istəmədilər. O zaman nəticə aydındır – indi HƏMAS ovlanacaq. Düşünürəm ki, onlar ölmək istəyirlər və bu, dəhşətlidir."
Sabiq prezident əlavə edib ki, hazırda vəziyyət həlledici mərhələyə çatıb və İsrailin bölgəni HƏMAS-dan təmizləmək üçün hərəkətə keçməli olduğunu düşünür:
"İşin bitməli olduğu bir nöqtədəyik. İsraillilər döyüşməli və ərazini təmizləməlidirlər. Biz HƏMAS-dan qurtulmalıyıq."
Trampın bu sərt mövqeyi, bölgədə davam edən gərginlik və diplomatik səylərin nəticəsiz qalması fonunda diqqət çəkib.
Aytən Yaşar/ Turkustan.az