Gizli milyardları olan dünya liderləri: birinci yerdə kimdir?


Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev “Brand Vision” agentliyinin versiyasına əsasən dünyanın ən varlı liderləri onluğuna daxil edilib.

Turkustan.az xəbər verir ki, onun sərvəti 1–2 milyard dollar arasında qiymətləndirilir və bu da ona reytinqdə 8-ci yeri qazandırıb.

Siyahıya Rusiya prezidenti Vladimir Putin başçılıq edir. Rəsmi illik gəliri 200 min dollardan az olsa da, kəşfiyyat məlumatları və jurnalist araşdırmalarına görə, onun 200 milyard dollardan çox aktivə nəzarət etdiyi ehtimal olunur.

İkinci yerdə 50 milyard dollarlıq sərvəti ilə Bruneyin sultanı və baş naziri Hassanal Bolkiah qərarlaşıb. İlk üçlüyü isə Birləşmiş Ərəb Əmirliklərinin baş naziri, şeyx Məhəmməd bin Rəşid Əl Məktum tamamlayır — onun sərvəti 20 milyard dollar olaraq qiymətləndirilir./lent.az


MANŞET XƏBƏRLƏRİ