Qordondan Zaxarovaya SƏRT CAVAB: "Nazirliyin mətbuat alkoqolu..." – FOTO


Ukraynalı jurnalist Dmitri Qordon Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın ona yönəlik tənqidinə sərt cavab verib.

Turkustan.az xatırladır ki, Zaxarova Qordonu “ekstremist” və “Qərbə ümid edənlər üçün qara ləkə” adlandırmışdı.

Bu açıqlama, jurnalistin Şuşa Qlobal Media Forumunda Azərbaycan Prezidenti İlham Əliyevə sual verməsindən sonra səsləndirilib.

Qordon Telegram kanalında Zaxarovanın bəyanatını paylaşaraq ona ironiya dolu cavab verib:

“Rusiya Xarici İşlər Nazirliyinin mətbuat alkoqolu Zaxarova mənim foruma səfərimə cavab verdi”, – deyə o bildirib.

İlham Əliyev Dmitri Qordonun sualını belə cavab verib:

“Heç vaxt işğalla barışmayın”

Jurnalist əlavə edib:

“Mən Zaxarovaya qısaca cavab verəcəm. Ona içməyi dayandırmağı məsləhət görməyəcəm, bu artıq göz qabağındadır. Əvvəla, siz mənim müsahibələrimə baxmaqla düzgün iş görürsünüz. Yaxşı işinizi davam etdirin”.

Qordon daha sonra Rusiyaya və onun təbliğatçılarına qarşı ittihamlarla çıxış edib. O bildirib ki, bütün qonşular və keçmiş müttəfiqlər “üfunətli faşist Rusiyadan qaçır”.

O qeyd edib ki, Azərbaycana səfəri Rusiya təbliğat dairələrində ciddi narahatlıq doğurub:

“Bir həftəyə yaxındır ki, Rusiya mənim Azərbaycana səfərimə görə qarışıqlıq içindədir. Əvvəlcə kiçik təbliğatçılar, sonra Solovyov kimi iri fiqurlar, indi isə növbə Zaxarovaya gəlib”.

Qordon forum zamanı Prezident İlham Əliyevin verdiyi cavabı da xatırladıb:

“Əliyev ukraynalılara heç vaxt işğalla razılaşmamağı tövsiyə etdi və bildirdi ki, ədalət var, amma ona nail olmaq lazımdır”, – deyə jurnalist yekunlaşdırıb. (Musavat.com)


Bizim.Media


MANŞET XƏBƏRLƏRİ