"Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi"ndə dəyişiklik edilib.
Turkustan.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən, Fondun nizamnamə kapitalı 1 068 400 000 manatdan 1 153 400 000 manata çatdırılıb.