Ukraynalılar Azərbaycan bayrağı qarşısında diz çökdülər – şəhid döyüşçümüz Kiyevin mərkəzindən bu şəkildə yola salındı – VİDEO


Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədə daha bir azərbaycanlı döyüşçü şəhid olub.

Turkustan.az xəbər verir ki, onun son mənzilə yola salınması isə həm Ukrayna ictimaiyyətində, həm də sosial mediada dərin iz buraxıb.

Vida mərasimi Kiyevin düz mərkəzində – Maydan Nezalejnosti küçəsində keçirilib. Katafalk avtomobili şəhidin nəşini şəhərin mərkəzi prospektindən keçirərkən həm Azərbaycan, həm də Ukrayna bayraqları dalğalanıb. Avtomobil üzərində şəhidin şəkli, hərbi bölməsinin loqosu və təşəkkür mesajı yer alıb.

Ən təsirli an isə məhz bu vaxt yaşanıb: katafalk hərəkətdə olarkən yolboyu insanlar Azərbaycan bayrağı qarşısında diz çökərək şəhidə ehtiramlarını bildirib.

Şəhidlə vida zamanı avtomobildən Azərbaycan xalqına təşəkkür mesajları səsləndirilib. Həm səslə, həm görüntü ilə təqdim olunan bu vida mərasimi sosial mediada geniş paylaşılaraq qürur və hüzn dolu emosiyalar yaradıb. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ