Sən axı "Azercell"sən, İrancell deyilsən! - Sabir Rüstəmxanlı


Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Azercell şirkətini tənqid edib.

Turkustan.az xəbər verir ki, buna doğulduğu Yardımlı rayonuna səfər edən millət vəkilinin telefonuna “İrana xoş gəlmisiniz..." mesajının göndərilməsi səbəb olub.

S.Rüstəmxanlı bunun bağlı sosial şəbəkədə paylaşım edib.

"Hörmətli Azərsell! Mən İranda deyiləm! Azərbaycanda, Yardımlıdayam! Sən hansı haqla və məsuliyyətsizliklə mənim telefonuma “İrana xoş gəlmisiniz…” mesajı göndərirsən? Sən axı Azərsellsən, İransell deyilsən!", - deyə millət vəkili vurğulayıb.

Qeyd edək ki, Azərbaycanın sərhəd rayonlarında yaşayan sakinlər və ya həmin bölgələrə səfər edənlər tez-tez sosial şəbəkələrdə mobil rabitə şirkətlərinin - Azercell, Bakcell və NAR-ın ünvanına oxşar şikayətlərlə çıxış edirlər. Belə ki, Yardımlı, Cəlilabad, Biləsuvar və digər rayonlarda istifadəçilərin telefonuna "İrana xoş gəlmisiniz" məzmunlu mesajlar gəlir. Bundan başqa neçə illərdir İran və digər qonşu ölkələrin telekanallarının proqramlarının sərhəd bölgələrimizdə qanunsuz yayımı halları da davam edir.

(bakupost.az)


MANŞET XƏBƏRLƏRİ