Bir cənub bölgəsində - FOTOLAR


"Konstitusiya" Araşdırmalar Fondunun təşkilatçılığı ilə ölkənin cənub bölgəsinin aqro-turizmi ilə əlaqəli səfər keçirilib. Səfərdə media əməkdaşları ilə 2 gün Lənkəran, Astara, Lerik, Masallı rayonlarının turizm bölgələrini bir-bir gəzərək oradakı yeniliklər, fəaliyyətləri ilə əlaqədar məlumat alınıb.

Turkustan.az-ın saytının əməkdaşının da iştirak etdiyi mediatur çərçivəsində jurnalistlər 8 yerli turizm məkanını ziyarət ediblər. Jurnalistlərin baş çəkdiyi məkanlardan biri Bal Qayası Astara rayonun Sim kəndində yerləşi r. Sım kəndi tarixi baxımdan qədim kəndlərdən biridir. Sım kəndində 12 qəbirsanlıq, 82 bulaq, mixi yazıları və qobustan işarələri ilə zəngin bir kənddir. Kənd sakini və Bal qaya turizim müəssisəsinin sahibi Pərviz Salayev bu kəndin tarixinin Nuh peyğəmbərin yaşadığı dövrdədə olduğunu bildirib. Sım kəndində sıx meşələrin arasında evlər yer alır. Bal Qayasında 80 çarpayıdan ibarət 8 qonaq evi mövcuddur. Ziyarətçilər dağlara, şəlalələrə, nadir ağaclar və qədim yerlərə turla gedə bilərlər. Qadınlar üçün qadın bələdçilərin olduğu turlar da təşkil edilir. Müəssisə ayrıca gələn qonaqlara yerli mətbəxi ilə qonaq edir, Sım kəndinə aid çay, umac halvası, zeyrən kimi təbii şirniyyatları mövcuddur. Bal Qayasının əsas işləri dəmirçəlik və kənd təsərrüfatı alətlərinin istehsalıdır. Pərviz Salayevin qardaşı Təhmasib Salayev əsasən dəmirçəlik işiylə məşğul olur. Pərviz Salayev bildirib ki, qardaşı Təhmasibin əlində zərgərlik düzlüyü var və bu işi ondan da yaxşı etdiyi vurğulayıb. Bal Qayasının aqro-turizm üçün əlverişli və bütün standartlara cavab verdiyinin şahidi olduq.

Digər məkan - Yaşl göl turizm müəssisəsi Astara rayonun Səncərədi kəndəndi yerləşir. 4 ildir fəalliyət göstərməkdədir. Ərazisi 4 hektar olan Yaşıl gölün sahibi Tələt Həbibovdur . Ərazidə balıqçıllıq, maldarlıq məhsulları istehsal edirlər. Gələn qonaqlar üçün cənub bölgəsinin yerli mətbəxi səhər yeməkləri, axşam yeməkləri ilə zəngin bir turizm bölgəsidir. Tələt Həbəbov bildirir ki, yerli və xarici turistlər üçün qonaqlama imkanları da mövcuddur. Gələn qonaqlara 8 qonaq evi qarşılayır. Qonaqları yaşıl göldə balıq ovu, göldə gəzinti,şəlalələri, meşələri kimi gəzinti yerləri mövcuddur. Qonaq evlərini 2 nəfərlik 3 nəfərlik və 5 nəfərlik otaqlar vardır. Tələt Həbibov deyir ki, öz məhsulları olan feyxoa, portağal, düyü və bal məshularını da gələn qonaqların diqqətini çəkir. Qonaqlar bu meyvələrin yerindəcə dadına baxa bilərlər.

"Balıqçı Abi" turizm müəssisəsi Astara rayonun Kijəbə qəsəbəsində yerləşir, Sahibi Abi Ağayevdir. Ərazi 20 hektar olan turizm müəssisəsinin fəaliyyəti sitrus bağçılıq, çəltik əkini, balıqçılıq, quşçuluqdur. Abi bəy "Balıqçı Abi" öz məhsuları olan balıq və kənd toyuğu ilə gələn qonaqların damağ dadına uyğun gözəl yeməklər hazırlandığını bildirib. Balıqçı Abi turizim müəssisəsi Xəzər dənizi sahilində yerləşməkdədir. Sahildə futbol, voleybol və uşaqlar üçün oyun parkları dincəlmək üçün yerlər mövcuddur. Abi bəy əslən müəllim olub və bu işə 2004 cü ildə başlayıb. Astara rayonun dağlarında margistral yola 20 km olan məkanı ailəsiyə birlikdə 20 hektar ərazi üzərində quran ərazinin 6 hektarını göl olub. Balıqçı Abinin hal-hazırda Kijəbə qəsəbəsində olan yeri yeni fəaliyyətə başlamışdır və 3-cü filialında Astara rayonun Qəmişova kəndində qısa zamanda istifadəyə veriləcək. Abi bəy keçən ildən etibarən yerli turistlərdən başqa xarici turistlərində artıq gəldəyini bildirib. Və qısa zamanda Cənub bölgəsinin çox böyük "turizim bölgəsi" olacağını vurğulayıb. "Balıqçı Abi" turizm müəssisəsi gələn qonaqlara yeniliklər oldğunu söylədi. Tətil üçün yeni evlər tikilib ve qısa zamanda fəailəyyətə keçəcəyini bildirib. Eyni zamanda, meşə için də olan yerin təmir olunduğunu bildir di. Qonaqlamaq üçün iki yerin də toplam 200 nəfərə qədər qonaq qəbul edə biləcəyini bildirib.

Citrus Velley turizim müəssisəsi Lənkran rayonun İstisu qəsəbəsində, Havza və Haftoni kəndləri arasında yerləşir. Ərazi 15 hektar olan turizm məssisəsinin sahibi Rəftarə Şükürovadır. Ərazi bir göl və dərə ilə həmsərhəddir.Ərazidə 250 gavalı, 100 albalı,2700 kivi, 5000 feyxoa, 300 limon, 50 portağal, 400 naringi ağacı və 100 ədəd toyuq mövcuddur. Təsərrüfatda ilboyu yerli qadınlar işləyir. Müəssisə də 35-40 nəfərlik qonaqları qəbul etmək imkanı var. Yerli və xarici turistlərinə qəbulu yüksək səviyyədə həyata keçir. Qalmaq istəyənlər üçün 6 yataq otaqı mövcuddur. Rəftarə Şükürova bildirib ki, Citrus Valleyin meyvelrindən kompot, cem, mürəbbə müxtəlif turşular hazırlanaraq cənub bölgəsi başda olmaqla xarici ölkələrə idxalı olduğunu bildirib. Citrus Velleye giriş 5 AZN-dir və buna çay süfrəsi meyvələrdən dadmaq sərbəsdir. Piknik yeri açıq havada kinoteatr, toyuqları bəsləmək, atla yürüş istək üzərinə öncədən yemək hazırlanmasında mümkündür. Yeməklər Lənkran mətbəxinə xas olan yemeklərdir.

"Bal süfrəsi" Lerik rayonun Piran kəndində Lənkaran Lerik yolunun yaxınlığında yerləşir.Ərazi 3 hektardan ibarətdir. Bal süfrəsi turizm sahibi Mahir Sürətovdur . Ərazi arıçılq təsərrüfatı fəaliyyət göstərir, keçi saxlanılır və keçi əti, keçi südü və keçi pendiri istehsal olunur. Mahir Sürətov 25 ildir ki arıçılıqla məşguldur. Arının balından başqa da arının nektarı, südü də istifadə olunur. "Bal süfrəsi"ndə balın qiyməti 25-30 AZN təşkil edir. Bir sıra yarımarkalarda iştirak edən Mahir bəy öz yerində də, bal satışlarının olduğunu bildirib. Yerli və xarici qonaqlarında buraya bal almağa gəldiklərini və daha çox Türkiyə və Rusyadan təlabat olduğunu bildirib.Lerik balı ərazisinə görə digər yerlərin balından fərqli olduğunu bildirib. Mahir bəy vurğulayıb ki, dövlət bütün arılara yeşiklərinə görə dəstək verir və bütün arı yeşiklərinin üzərində rəsmi qayda da emblem var.Və bu bütün arıçılıq təsərrüfatıyla məşqul olan şəxslərə dövlət dəstək edir. "Bal Süfrəsi" satışları artırmaq üçün gələn qonaqlarına daha gözəl və keyfəyyətli görmək üçün arıların çərçivələrin artılması üstündə işlər görür.Bu arılardan daha çox bal almaq üçün edilən prosesdir. "Bal süfrəsi"nə gələn qonaqlar üçün qonaqlamaq üçün yerlər də mövcutdur. 30 qonağa yüksək səviyyədə xidmət etmək gücünə sahibdir. 9 otaq gələn qonaqların fəaliyyətindədir. Bundan başqa cənub bölgəsinə xas olan yəməklərdə qonaqlara hazırlanır.

"Səfalı göl" turizm müəssisəsi Lerik rayonun Bilnə kəndin də yerləşir. Ərazisi 1.5 hektar olan turizm müəsisəsinin sahibi Əfsər Həmidovdur. Ərazidə buğda və kartof əkilir.Ərazidə balıqçılıq,maldarlıq və arıçılıq mövcuddur. Müəssiəsə də ilin bütün fəsilləri qonaq qəbul edirlər.Təsarrüfatda 38 arı yeşiyi və 18 baş inək var.Müəssisədə 4 oturma otağı 8 yataq otaq və 16 yataq otağı mövcuddur. Həmidov Əfsər bildirib ki, yerli və xarici turistlər gəlirlər.Və artıq təmir işləri artıq bitmək üzrədir. May ayının 1-dən etibarən yerli və xarici turistlərə açılacaq. Səfalı göldə cənun bölgəsinin geniş mətbəxi də yer almaqdadır. Göl kənarında sıx meşəlik içində ailəvi olaraq xoş istirahət edəbilərsiniz. Səfalı göldə qayıqla göldə balıq tutmaq da mümkündür.

Taleh Ağayev Masallının Boradigah qəsəbəsində qədim sənət olan misgərliklə məşğuldur: "Bu, bizim, ata-baba sənətimizdir. Mən də təxminən 35 illik davamçısıyam. Təəssüf ki, gənclər mirgərlik sənətini öyrənməkdə maraqlı deyillər". Usta deyir ki, hazırladığı ən bahalı əşya mis samovar dəstidir ki, bu da 1000-1200 manat təşkil edir. Maraq daha çox, samovar və mis qazanlaradır. Burada həm də, sovet dövründən qalma samovarlar da təmir edilərək, yenilənir. Misdən hazırlanmış əl əməyi-göz nuru naxışlı samovarların qiyməti əsasən 800-1000 manat arası dəyişir. Müəssisənin qapıları rayona gələn turistlər üçün də açıqdır. Hazırda usta, icra orqnının onun üçün ayırdığı torpağın sənədləşdirilməsi ilə bağlı bir sıra problemlər yaşayır. Sözügedən proses baş tutsa, həm yer genişləyər, həm də şagird öyrətmək üçün şərait yaranar. Maraq yaradan bir başqa məqam isə bu oldu ki, usta həm də, insan üzlərini mis məmulatın üzərinə həkk edirdi. Bu da sifariş əsasında hazırlanır. Qiyməti ölçüsündən asılı olaraq dəyişir. Hazırlanması 2 gün vaxt alan mis portretlərin qiyməti 200 manatdan başlayır.

Qönçə Quliyeva Masallı rayonu Ərkivan qəsəbəsi sakinidir. Qönçə xanım 40 ildir ki, arıçılıq təsərrüfatı ilə məşquldur. Qönçə xanımın dediyinə görə ilk dəfə ona arını atası gəlin köçərkən verib. O vaxtdan bəri Qönçə xanım ailəsiylə bərabər bu işi davam etdirməyə başlayıb. Qönçə xanım dövlət tərəfində yüksək səviyyədə dəstək olunduğunu bildirib. Hal-hazırda 200 arı ailəsi var və bunları daha da artırmağı planşadırırlar. Arının balından başqa arının özünüdə yeşiklə qarışıq satılır. Qiyməti isə 300 AZN, yeşiksiz isə 250 AZN-ə olur. Obal balları yarımarkalarda və oraya gələn qonaqlar tərəfində rəğbət qazanaraq alınır.İrəliyən zamanlarda xaricə ölkələrdən də təlabat olduğuna görə xarici bazara açılacaqlarını bildildilər. Obalda bal məhsularından başqa 2000 ədəd tut ağacı, 100 ədəd alça ağacı, 100 ədəd nar ağacı, 50 ədəd mandalin və limon qoz feyxoa ağacları təşkil edir. Gələn ildən etibarən isə meyvə satışlarınada başlanılması gözlənilər. Obalda qonaqlar üçün qalmaq 3 yataq otaqı 2 qonaq evi var.Müəssisədə cənub bölgəsinə xas yeməklər turşular, şirniyyatlarla gələn qonaqları qarşılayırlar.

Eltac Zülfüqaroğlu


MANŞET XƏBƏRLƏRİ