Türkiyə ilə müharibə ssenarisi? – İran raketləri gündəmi dəyişdi


Ötən gün İranın ABŞ-ın Yaxın Şərqdəki, xüsusilə Qətər, Suriya və İraqda yerləşən hərbi bazalarına ballistik raketlər atması Türkiyə üçün də bənzər ssenarinin mümkünlüyünü gündəmə gətirib.

İran ehtimal növbəti gərginlik fonunda ABŞ-ın Türkiyədəki hərbi bazasını vura bilərmi?

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, İranın ABŞ-ın Yaxın Şərqdəki bazalarına ballistik raket zərbələri endirməsi eyni addımı Türkiyəyə qarşı atacağına dəlalət etmir:

Onun sözlərinə görə, Türkiyə NATO üzvüdür və İncirlik bazası təkcə ABŞ-ın deyil, həm də alyansındır:

“Bura hücum beynəlxalq alyansa savaş elan etmək anlamına gəlir ki, bu da İrana hərbi cavabla nəticələnə bilər.

qabil huseynli esas

Qabil Hüseynli

İranTürkiyə münasibətləri gərgin deyil. Bununla belə, gərginlik olsaydı da, birbaşa hücum edəcək qədər düşmənçilik səviyyəsinə çatmazdı. Tehran rəsmi Ankara ilə açıq qarşıdurmaya getməyi gözə ala bilməz. Yəni İranın bu istiqamətdə hərbi eskalasiyaya getməsi intihar olar.

Onu da qeyd edim ki, İncirlik hərbi bazası İranın “qırmızı siyahısı”na daxil edilməyib. Onun yerinə Tehran üçün hədəf ABŞ-ın birbaşa iştirak etdiyi və təhlükəsiz zona yaratdığı bölgələrdir”.


MANŞET XƏBƏRLƏRİ