“İsrail İrana hücum etməyəcək”.
Turkustan.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial media hesabında yazıb.
“İsrail İrana hücum etməyəcək. Bütün təyyarələr dönüb evlərinə qayıdacaq. Heç kim zərər görməyəcək, atəşkəs qüvvədədir”, - prezident qeyd edib.
D.Tramp İsrailin İranın atəşkəs razılaşmasını pozmasına simvolik cavab verəcəyini vurğulayıb.
İsrail KİV də yalnız bir hədəfin vurulacağını yazıb.
Xatırladaq ki, İsrail Müdafiə Qüvvələri bundan öncə İran Silahlı Qüvvələrinin atəşkəs razılaşmasına baxmayaraq, ölkənin şimal ərazilərinə ballistik raketlər atdığını açıqlayıb. Hava hücumundan sonra bölgədə xəbərdarlıq siqnallarının işə salındığı və İranın hava məkanı üzərində iki ballistik raketinin vurulduğu bildirilib.
İran Silahlı Qüvvələri İsrailin bəyanatını təkzib edib. Hədəf kimi də İran ordusuna məxsus radar sistemi göstərilib.
ABŞ Prezidenti Donald Tramp iyunun 24-də İsrail və İran arasında atəşkəs razılaşması əldə olunduğunu və onun artıq qüvvəyə mindiyini açıqlayıb. Dövlət başçısı tərəfləri atəşkəsə əməl etməyə çağırıb./teleqraf