İranın Bəsic qüvvələrinin kəşfiyyat-mühafizə komandiri Məhəmməd Tağı Yusifvənd İsrailin Tehrana endirdiyi raket zərbəsi nəticəsində ölüb.
APA yerli mediaya istinadən xəbər verir ki, bu barədə İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Lorestan vilayətindəki ictimaiyyətlə əlaqələr ofisi məlumat yayıb.
İsrail İranın şimalındakı Babol və Babolsər şəhərlərinin ətrafına da zərbələr endirir.