İsrail İranla müharibədə “tarixi qələbə” qazana bilib.
Turkustan.az xəbər verir ki, bu bəyanatla İsrailin baş naziri Benyamin Netanyahu xalqa video-müraciətində çıxış edib.
“Biz nəsillər boyu xatırlanacaq tarixi bir qələbə qazandıq. İki birbaşa mövcudluq təhdidini aradan qaldırdıq: nüvə bombaları ilə məhv edilmə təhlükəsini və 20 min ballistik raketlə məhv edilmə təhlükəsini”, – deyə Netanyahu bildirib.
“Biz (İsrail – red.) İranın nüvə proqramını dondurduq və əgər kimsə bu proqramı yenidən diriltməyə cəhd etsə, biz həmin cəhdin qarşısını eyni qətiyyət və güclə alacağıq”, – deyə o davam edib.
Netanyahu bildirib ki, İranın nüvə silahı olmayacaq. /Bizim.Media/