Kırımoğlu müjdəni verdi – Türk yurdu ilə bağlı yeni qərar


Krım tatarlarının milli lideri Mustafa Abdulcemil Kırımoğlu Krımın muxtariyyət statusu ilə bağlı Ukrayna rəhbərliyi ilə razılıq əldə olunduğunu açıqlayıb.

Turkustan.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Onun sözlərinə görə, müharibə şəraiti səbəbindən Konstitusiyaya müvafiq dəyişiklikləri etmək hələlik mümkün olmayıb:

“Krımın azadlığı təmin olunacağı təqdirdə yarımada Krım tatarlarının öz muxtar dövlətinə çevriləcək”.

O, həmçinin zərurət yaranacağı halda sürgündə respublika elan edə biləcəklərini istisna etməyib./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ