Prokuror keçmiş vəkilə ağır cəza istədi


Dələduzluq etməkdə təqsirləndirilən keçmiş vəkil Namizəd Səfərovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Turkustan.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda istintaq materiallarına əlavə edilən sənədlərin tədqiqinə başlanılıb.

Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan edilib və çıxışlar mərhələsi başlayıb. Prokuror dövlət ittihamının müdafiəsi zamanı Namizəd Səfərovun 8 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Növbəti iclas noyabrın 26-na təyin olunub.

Xatırladaq ki, ittihama görə, keçmiş vəkil Namizəd Səfərov vətəndaşın etibarından sui-istifadə edərək 53 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir. O, işdən çıxarılan vətəndaşı yenidən vəzifəyə bərpa etdirəcəyinə inandırmaqla külli miqdarda pul alıb, lakin verdiyi vədi yerinə yetirmədiyinə görə vətəndaş polisə müraciət edib.

Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb./oxu.az


MANŞET XƏBƏRLƏRİ