Ermənistan Prezidentinin və Konstitusiya Məhkəməsinin saytlarında yerləşdirilən Konstitusiya mətnlərində Müstəqillik Bəyannaməsinə keçid xətası yaranıb.
Turkustan.az xəbər verir ki, mətnlərdəki aktiv keçid vasitəsilə sənədə daxil olmaq mümkün deyil. Hər iki halda keçid Ermənistan parlamentinin saytına yönləndirir və orada “404” xətası göstərilir.
Bu barədə @Arm_Aeternum7 yazıb.
Müəllif Ermənistan Xarici İşlər Nazirliyinin saytında “Dağlıq Qarabağ münaqişəsi” bölməsinin də iki ildən artıqdır ki, “texniki xəta” səbəbindən mövcud olmadığını xatırladıb.
Qeyd edək ki, Ermənistan Konstitusiyasının preambulasında 1990-cı ildə qəbul edilmiş Müstəqillik Bəyannaməsinə istinad mövcuddur. Azərbaycan tərəfi isə bu sənəddə ölkəmizə qarşı ərazi iddialarının əks olunduğunu bildirərək Konstitusiyaya müvafiq dəyişikliklərin edilməsini tələb edir.


