Prezidentin vurğuladığı həmin o möhtəşəm musiqi – VİDEO


Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsi zamanı görkəmli bəstəkar Qara Qarayevin ilk Sovet-Vyetnam sənədli filmi üçün “Vyetnam süitası”nı bəstələməsindən danışıb.

Turkustan.az xəbər verir ki, Dövlət başçısı həmin əsərin 1955-ci ildə ərsəyə gəldiyini bildirib.

“Ümumilikdə, xalqlarımız arasında mədəni dialoq on illərdir davam edir. Hələ 1955-ci ildə bəstəkar Qara Qarayev ilk Sovet-Vyetnam sənədli filmi üçün “Vyetnam süitası”nı yaradıb. Bu yaradıcı əlaqələr sonradan rejissor Əjdər İbrahimov tərəfindən daha da möhkəmləndirilib”, – Prezident vurğulayıb.

Qara Qarayevin “Vyetnam süitası”nı təqdim edirik:

/Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ