“Mən prezidentəm, amma gödəkçə və paltarla yatıram”.
Turkustan.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
O, işıq, qaz və digər kommunal xidmətlər üzrə şikayətlərlə bağlı qeyd edib:
“Mən evimdə sizin kimi yatmıram. Mən prezidentəm, amma gödəkçə və paltarla yatıram. Evimdə heç bir isitmə cihazı yoxdur. İnanmayanı evimə aparıb göstərə bilərəm”.