Borcunu qaytarması üçün məhkəmə qərarı çıxarılmasına rəğmən geri ödəməyən şəxslər nə qədər cərimə edilirlər?
İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, üzrsüz səbəbdən məhkəmə və başqa dövlət orqanlarının çıxardığı qərarların icra edilməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərinin vaxtında yerinə yetirilməməsinə görə, fiziki şəxslər 500 manatdan 1000 manatadək, vəzifəli şəxslər 1200 manatdan 2500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 5000 manatadək miqdarda cərimə edilir./lent.az