Bakıda Dənizkənarı Bulvarın bəzi hissələrində müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.
Turkustan.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat xidmətindən məlumat verilib.
Məhdudiyyətlərin Formula 1 üzrə Azərbaycan Qran Prisinə hazırlıq işləri ilə əlaqədar tətbiqi nəzərdə tutulub.
Paytaxt sakinlərindən və qonaqlardan bu müddət ərzində anlayış göstərmələri xahiş olunur.
Qeyd edək ki, Azərbaycan Qran Prisi 19 - 21 sentyabrda keçiriləcək.