Rusiya-Ukrayna müharibəsi zamanı Ukraynaya dəstək verilməsini və AB ilə Ukraynanın danışıqlarda güclü şəkildə masa arxasında olması lazım olduğunu müdafiə edən Almaniya hökumətinin müdafiə naziri Pistorius ABŞ prezidenti Trampı tənqid edib.
Turkustan.az xəbər verir ki, Nazir Pistorus Tramp və Putin arasında iki saatdan çox davam edən telefon danışığının sülh danışıqlarına töhfə vermədiyini və ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinə təsirini yanlış qiymətləndirdiyini bildirib.
Trampın Putinə 30 günlük, qeyd-şərtsiz atəşkəsi qəbul etməsi üçün təzyiq etmək cəhdlərindən əl çəkdikdən sonra Pistorius Deutschlandfunk radiosuna deyib: “Mən onun danışıqlardakı mövqeyini səhv qiymətləndirdiyindən şübhələnirəm”.
Avropa İttifaqı hazırda Rusiyaya qarşı növbəti sanksiyalar paketi üzərində işləyir. Pistorius bildirib ki, danışıqlar normal diplomatik kanallar vasitəsilə davam etsə də, Vaşinqtonun sanksiyalar paketinə qoşulub-qoşulmayacağı hələlik bəlli deyil.
Aytən Yaşar/ Turkustan.az