Növbədənkənar parlament seçkilərinə 390-a yaxın namizəd artıq qeydə alınıb.
Turkustan.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
Sədr bildirib ki, 1200-dən çox şəxs imza vərəqələrini götürüb. Onlardan 660 nəfər imza vərəqələrini geri qaytarıb.
M.Pənahov onu da qeyd edib ki, Azərbaycanda dövlət qeydiyyatına alınan 26 partiyadan 25-i seçkilərdə iştirak edəcək./Bizim.Media