Sərhəddən gələn xəbər Kremli qəzəbləndirdi – Dörd kənd qaytarıldıqdan sonra...


Rusiyanın Ermənistandakı səfirini geri çağırması Bakı və İrəvan arasında sərhədlərin delimitasiyası ilə bağlı anlaşma ilə əlaqəlidir.

Turkustan.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

“Rusiya Ermənistanda səfirini geri çağırıb. Bunun Ermənistanın Azərbaycanın dörd kəndini geri qaytardığı gün baş verməsi təsadüfi deyil. Rusiya həmişə Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqların əleyhinə və sülhə mane olub, bu, indi də belədir. Dörd kəndin Azərbaycana qaytarılması Rusiyanın illərdir bölgədə yürütdüyü siyasətin fiaskosudur”, - ekspert qeyd edib.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Moskva Ermənistanda kilsə və revanşistləri qabağa verərək sərhədlərin delimitasiya və demarkasiyasının qarşısını ala bilmədi:

“Revanşistlər hökumət çevrilişinə nail olsaydılar, Azərbaycanla razılaşmalar ləğv ediləcəkdi. Nikol Paşinyanın etirazların başlamasından sonra kilsəyə açıq hücumu və Rusiyanı üstüörtülü şəkildə baş verənlərə görə ittiham etməsi tərəflər arasındakı gərginliyi pik həddə qaldırıb. Əslində Paşinyan Rusiyanın öz səfirini geri çağırmasından məmnundur. Hesab edirəm ki, gərginliyin artan tempinə uyğun olaraq, İrəvan KTMT və MDB-dən çıxa bilər”. /teleqraf.com/


MANŞET XƏBƏRLƏRİ