Bildiyimiz kimi Avqustun 7-də Səudiyyə Ərəbistanında Türkiyə, Pakistan və Ərəbistan arasında "Məkkə ortaq müdafiə anlaşması" imzalandı və bu bir təhlükəsizlik və müdafiə paktıdır. Bu müqaviləyə əsasən imza atan dövlətlər birinə qarşı edilən hər hansı bir təcavüz aktını hər ikisinə qarşı hərəkət kimi qiymətləndirməyi öhdələrinə götürüblər (kollektiv təhlükəsizliyə qarşı hərəkət kimi tanınır).
Bu müqavilənin imzalanması bərabərində bəzi suallar və narahatlıqlar yaradır. İstanbulda fəaliyyət göstərən Avrasiya Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, polkovnik Eray Güclüərə aydınlıq gətirməsi üçün bəzi suallarla müraciət etdim:
-Eray bəy, "Məkkə Müdafiə İttifaqı Sazişi" üç ölkə arasında imzalandı, bu da bir növ islam birliyinin NATO-sudur, yəni birinə hücum digərlərinə hücum kimi qəbul ediləcək. Səudiyyə Ərəbistanı ilə Yəmən və İrandakı husilər arasındakı savaşı nəzərə alsaq, bu, Türkiyə üçün bir təhlükə yarada bilərmi?
-Səudiyyə Ərəbistanı ilə Yəmən arasındankı mübahisə Türkiyəni bir savaşa sürükləməz. NATO-nun 5 ci maddəsində olduğu kimi ("Məkkə" müqaviləsində də bu var) bir tərəfə olan hücum digər tərəfə olan hücum hesab olunur, bu nöqtədən yola çıxaraq Türkiyə ilə Pakistan Ərəbistana yardım edər. Ərəbistanla husilər arasında bir gərginlik var, bu bəlli, amma burada husilərin Ərəbistan üçün bir təhdid yaratması müzakirə mövzusu ola bilməz. Bu məsələni Ərəbistanın həll etməsi lazımdır, təbii ki, İranın husilərə dəstəyi var, amma husilər üzərində Türkiyənin də təsiri var, çünki Somalidə Türkiyə var, digər tərəfdən Türkiyənin İran üzərində də təsiri var, dolayısıyla Türkiyənin içində olduğu bir İttifaq İran üçün əslində güvənlik yatadacaqdır, bunu İran da bilir. Türkiyənin İran qarşısında savaşa girməsi deyil, tam tərsinə, İran husi bərabərliyində Səudiyyə Ərəbistanı ilə bir barışa gedilməsi çox qüvvətli bir ehtimal olaraq ortaya çıxır.
-Cənab Polkovnik, Səudiyyə Ərəbistanında Amerika bazası var; bu baxımdan ABŞ İrana qarşı Türkiyə və Pakistanda quru qüvvələri yerləşdirə bilərmi?
-Sualınıza cavab olaraq deyim ki, bəli, Ərəbistanda Amerikanın hərbi bazası var, amma Amerika nə Türkiyə, nə də Pakistanda ordu yerləşdirə bilməz, bu ölkələr belə bir şeyi qəbul etməz, çünki bunu suverenliklərinə qarşı bir hərəkət kimi qəbul edərlər. Bu günə qədər bir ordu yerləşdirmək müzakirə mövzusu olmadı, bundan sonra da olmaz. ABŞ-ın Ərəbistanda hərbi bazasının olması ayrı bir şey, önəmli olan bu bazaların İrana və yaxud başqa bir ölkəyə qarşı təhdid yaratması mümkün deyil. Artıq Amerikanın gücü zəifləyir, hərbi bazası olsa belə bu saatdan sonra İran üçün təhdid yaratması o qədər asan deyil. Təbii ki, Türkiyənin və Pakistanın dövrəyə girməsi ilə ABD-nin orta şərqdəki bazalarından İrana yönəlik təhdid riski azalacaqdır, bu da İranın özünü daha çox güvəndə hiss edəcəyindən bölgədə barışın əldə edilməsi üçün önəmli bir psixoloji atmosfer yaradacaqdır. ABŞ Ərəbistan da daxil olmaq üzərə orta şərqdən İordaniya-İsrail xətti istiqamətində qərbə doğru çəkilmiş bir durumdadır.
-Eray bəy, son olaraq sormaq istəyirəm, İran bu İttifaqa qoşularsa, bu, Azərbaycan üçün hansı təhlükələr yarada bilər?
-İranın daxilindəki kriz, münaqişə vəziyyəti sabitləşdikdən sonra həm İran, həm də Misirin gələcək illərdə bu ittifaqa qatılmaq imkanı yüksəkdir. İranın daxili münaqişəni sabitləməsinə, İsrailin Misir üzərindəki təhdid düşüncəsinin azalmasına bağlı olaraq bu iki ölkə böyük ehtimal bu ittifaqa qatılacaqdır. İranın bu ittifaqa qatılması Azərbaycan üçün hər hansı təhlükə yaratmaz, tam tərsi, müsbət təsiri olar, çünki İranın ittifaqda olub Azərbaycana hücumu mümkün deyil, buna nə Türkiyə, nə Pakistan, nə də Ərəbistan imkan verər. Amma əsl önəmli olan Türkiyə ilə Azərbaycan arasında "Şuşa" bəyannaməsi, ondan öncə Türkiyə, Azərbaycan və Pakistan arasında "İslamad" deklorasiyası imzalandığı üçün can Azərbaycan Türkiyənin qırmızı xəttdir, əminəm ki, bu Pakistan üçün də belədir. Bu halda ittifaq içindəki İranın Azərbaycan daxil başqa ölkələr (əsasən orta şərq ölkələri E. G) üçün təhdid olma özəlliyi yatırılacaqdır deyə dəyərləndirirəm.
-Təşəkkür edirəm, cənab Palkovnik.
Yaqut Misirxanlı
İstanbuldan xüsusilə "Türküstan" qəzeti üçün