Avropa Birliyinin Genişlənmə üzrə Komissarı Marta Kosun sözlərinə görə, “Avropa Birliyi TRIPP layihəsində mümkün iştirakla bağlı ABŞ, Azərbaycan və Türkiyə ilə danışıqlar aparır”.
Turkustan.az xəbər verir ki, bunu Avropa Birliyinin Genişlənmə üzrə Komissarı Marta Kos deyib.
O qeyd edib ki, AB-nin öz təklifləri var və blok Türkiyə və Azərbaycanla məsləhətləşmələri davam etdirir:
“Layihə dəmir yolunun yalnız bir hissəsini əhatə etdiyi üçün ABŞ-nin iştirakı xüsusilə vacibdir". /cebheinfo.az/