İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətinin cənub kəndlərinə basqın edib.
Turkustan.az xəbər verir ki, Suriya dövlət televiziyası Əl-İxbariyyənin məlumatına görə, İsrail ordusu dörd hərbi maşın və bir buldozerdən ibarət karvanla Quneytranın cənubundakı Əsbah kəndinin şimalına doğru irəliləyib .
İsrail ordusunun ərazidə yoxlama məntəqəsi qurduğu, yolu torpaq bəndlə bağladığı və mülki əhalini qorxutmaq üçün havaya atəş açdığı bildirilir.
Hesabatda həmçinin bildirilir ki, İsrail əsgərləri Kevdene şəhərini Tel Əhmər əl-Qərbi ilə birləşdirən yolda mülki şəxslərin keçməsinə mane olublar.
Aytən Yaşar/ Turkustan.az