“Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev görüşdə bildirdi ki, Bakı üçün artıq müharibə dövrü bitib, münaqişə başa çatıb”.
Turkustan.az xəbər verir ki, bu fikirləri “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Azərbaycana səfər edən Ermənistandan olan nümayəndə Areq Koçinyan deyib.
Bakı səfəri barədə məlumat verən Koçinyan qeyd edib ki, Bakı Ermənistanla hərtərəfli və uzunmüddətli sülh qurmaq istəyir.
“Bizi əmin etdilər ki, Azərbaycan Ermənistan üzərində heç bir ərazi iddiasına malik deyil”, – o vurğulayıb.
Qeyd edək ki, 21-22 noyabr tarixlərində “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrupun Azərbaycana səfəri baş tutub. /Globalinfo.az/