Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, ölkə vətəndaşları qarşıdan gələn parlament seçkilərində sülh gündəliyini dəstəkləməlidirlər, çünki Cənubi Qafqazda uzun illərdən sonra ilk dəfə real sülh imkanı yaranıb.
Turkustan.az xəbər verir ki, bu barədə Paşinyan Ermənistan KİV-ə açıqlamasında bildirib.
O, erməni ictimaiyyətini Bakı ilə sülhə hazır olmağa çağıraraq deyib:
“Əminəm ki, Ermənistan xalqı bu günə qədər əldə etdiyimiz nailiyyətləri dəstəkləyəcək. Şübhə etmirəm ki, vətəndaşlarımız sülh gündəliyinə və sülh prosesinə səs verəcəklər.”
Paşinyan həmçinin vurğulayıb ki, **Azərbaycanla imzalanacaq müqavilə suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanacaq.
“Ermənistan və Azərbaycan bir-birinin ərazisindən tranzit məqsədilə istifadə etmək imkanına malik olmalıdırlar,” – deyə baş nazir əlavə edib. /bakupost.az/