Bu görüntülər Ərdoğanı qəzəbləndirdi: Dərhal dayandırın!


Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “TRT World Forum 2025”də çıxış edib.

Turkustan.az xəbər verir ki, Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) strukturunu tənqid edərək bildirib:
"Müharibələr, qarşıdurmalar və ədalətsizliklər faktiki olaraq bütün bəşəriyyətin gündəmini zəbt edib. BMT Təhlükəsizlik Şurası ədalətsiz qərar qəbul etmə strukturuna görə ortaq problemlərə həll yolları təqdim edə bilmir".

O, həmçinin Sudanın Əl-Fəşir şəhərində hərbiləşdirilmiş qüvvələrin törətdiyi qətliamları tənqid edib. Ərdoğan: "Əl-Fəşirdə mülki əhalini hədəf alan qətliamları vicdan sahibi heç kim qəbul edə bilməz. Mülki insanlara qarşı törədilən vəhşiliyi ən sərt şəkildə qınayırıq. Günahsız vətəndaşları hədəf alan qırğınlara dərhal son qoyulmalıdır" deyə, bildirib.

O, həm problemlərin, həm də həll yollarının aydın olduğunu vurğulayıb:
"Dünyanın bir çox yerində günahsız insanlar ölməyə davam edir. Biz deyirik ki, dünya beşdən böyükdür. BMT Təhlükəsizlik Şurasının mövcud vəziyyətini əks etdirən yenidən quruluşa ehtiyacı olduğu aydındır."

İsrailin Qəzzaya hücumlarına da münasibət bildirən Ərdoğan qeyd edib:
"Hələ də İsrailin günahsız olduğunu deyirlər. Dünən başımıza gələn hadisələrə də reaksiya verdik. İsrailin nüvə silahı var və Qəzzanı istədiyi zaman vurmaq imkanı mövcuddur. Necə günahsız ola bilər? İsrail günahsız deyil və biz bu vəziyyəti qəbul etməyəcəyik."

O, həmçinin hücumlarda uşaqların və jurnalistlərin hədəf alındığını vurğulayıb:
"Bu hücumlarda uşaqlar və 270 jurnalist həyatını itirib."

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ