Mühasirə yoxdur, Ukrayna qüvvələri vəziyyətə nəzarət edir - Zelenski


Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Pokrovskda ruslar var, lakin onlar Ukrayna qoşunları tərəfindən məhv edilir.

Turkustan.az xəbər verir ki, oktyabrın 31-i səhər saatlarına olan məlumata görə, şəhərdə heç bir xüsusi dəyişiklik yoxdur, mühasirə qeydə alınmayıb, vəziyyətə Ukrayna Müdafiə Qüvvələri nəzarət edir.
Bu barədə dövlət başçısı brifinq zamanı bildirib.

"Pokrovskda vəziyyət ağırdır. Onların bütün qüvvələri oradadır. Bilirsiniz ki, düşmənin 170 min nəfəri bu istiqamətdə cəmləşib. Onların sayı çoxdur. Bu gün səhər baş komandanla danışdım - Pokrovskda heç bir dəyişiklik yoxdur. Pokrovskda "ruslar" var . Bizimkilər onları məhv edir, ona görə ki, insanı da az-az məhv edirik-deyə, o bildirib.

Aytən Yaşar/ Turkustan,az


MANŞET XƏBƏRLƏRİ