Bu ölkə ABŞ hərbçilərini ölkədən çıxartdı


Rumıniya Müdafiə Nazirliyi ABŞ-ın ölkədə yerləşən hərbi hissələrinin bir qismini geri çəkəcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Rumıniya Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada NATO-nun şərq qanadında yerləşdirilən ABŞ əsgərlərinin bir hissəsinin yenidən strukturlaşdırılmasına qərar verildiyi və Mihail Koqalniceanu bazasındakı ABŞ əsgərlərinin bu istiqamətdə geri çəkiləcəyi bildirilib .

Rumıniyada təxminən 1000 ABŞ əsgərinin qalacağı və bunun ABŞ-ın regional təhlükəsizliyə sadiqliyinin göstəricisi olduğu bildirilib.

Bu arada, paytaxt Buxarestdə jurnalistlərə açıqlama verən müdafiə naziri İonut Mosteanu, Deveselu və Campia Turzii bazalarında ABŞ əsgərlərinin yerləşdirilməsinə davam edəcəyini bildirib.

"Sadə dillə desək, Avropa öz müdafiəsini öz əlinə almağa qərar verdi. Bu, hamımızın gözlədiyi bir inkişaf idi. Biz Rumıniya Silahlı Qüvvələrinə sərmayə qoymağa davam edəcəyik", - Mosteanu bildirib.

Mosteanu ölkəsinin müdafiə strategiyasını dəyişməyəcəyini vurğulayaraq, NATO-nun şərq cinahındakı digər ölkələr: Macarıstan, Slovakiya və Bolqarıstan üçün də oxşar addımların atıla biləcəyini qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ