Xarici işlər naziri Hakan Fidan Ankarada Estoniyanın xarici işlər naziri Marqus Tsahknanı qəbul edib.
Turkustan.az xəbər verir ki, İsrailin Qəzzada atəşkəsi pozması ilə bağlı Fidan, "Netanyahu atəşkəsi pozmaq və bütün dünyanın gözü qarşısında soyqırımı yenidən başlatmaq üçün bəhanə axtarır. Bu, göz qabağındadır" dedi.
İsrailin Qəzzada atəşkəsi pozması ilə bağlı xarici işlər naziri Hakan Fidan: "Netanyahu atəşkəsi pozmaq və bütün dünyanın gözü qarşısında soyqırımı yenidən başlatmaq üçün bəhanə axtarır. Bu, açıq-aydın görünür. İsrailin davamlı sülh ümidini qorumaq və regional təhlükəsizliyin bərqərar olması üçün atəşkəsə əməl etməsi vacibdir" dedi.
Nazir Fidan Xarici İşlər Nazirliyində Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında çıxış edib.
Aytən Yaşar/ Turkustan.az
 
             
         
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            