ABŞ Venesuelada hücum üçün hədəfləri müəyyənləşdirib - Bloomberg


ABŞ prezidenti Donald Trampın administrasiyası narkotiklərlə mübarizə kampaniyası çərçivəsində Venesuelada hərbi obyektlər də daxil olmaqla zərbələr üçün hədəflər müəyyən edib.

Turkustan.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb .

Qeyd olunur ki, Amerikanın Karib dənizi və Sakit Okeanın şərqində narkotik daşımaqda şübhəli bilinən gəmilərə silsilə zərbələrindən sonra ABŞ prezidenti Donald Tramp “növbəti torpaq olacaq” deyib.

KİV-lər mənbələrə istinadən bildirirlər ki, potensial hədəflər arasında narkotik ticarəti məntəqələri olduğu iddia edilən hərbçilərin nəzarətində olan limanlar və hava limanları var.

Davamlı quru hücumları narkotik axınının dayandırılması və ABŞ administrasiyasının qeyri-qanuni adlandırdığı Venesuela prezidenti Nikolas Maduronu hakimiyyətdən uzaqlaşdırmağa yönəlmiş Trampın daha aqressiv kampaniyasının kulminasiyası olacaq.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ