Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, əgər hər hansı bir ölkə nüvə sınaqlarına başlayarsa, onlar da eyni şeyi edəcək.
Turkustan.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu paytaxt Moskvada keçirilən “Rusiya və MDB (Müstəqil Dövlətlər Birliyi) xalqları” festivalında jurnalistlərə açıqlama verib.
Rusiyanın nüvə sınaqları keçirməsi ehtimalını şərh edən Şoyqu, "Əgər kimsə nüvə sınaqlarına başlayarsa, biz də təbii ki, bunu edəcəyik. Bu, zəruri addım olardı. Bu sınaqlar həyata keçirilməsə, biz də etməyəcəyik" dedi.
Digər tərəfdən, Şoyqu "nüvə sınaqları dayandırılmayıb, lakin onlar fiziki olaraq deyil, texnologiyalar vasitəsilə modellər üzərində aparılır" deyib.
Rusiya Təhlükəsizlik Şurasının katibi Şoyqu bildirib ki, Rusiyanı güc yolu ilə məğlub etmək cəhdi uğursuzluğa məhkumdur.
ABŞ prezidenti Donald Tramp oktyabrın 29-da Müdafiə Nazirliyinə (Pentaqon) nüvə silahı sınaqlarına “dərhal” başlamaq barədə göstəriş verdiyini açıqlayıb.
Aytən Yaşar/ Turkustan.az
 
             
         
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            