Paşinyan təsdiqləyib: Vaşinqtonda Əliyevlə saziş imzalayacaq


Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüşdə “tarixi irəliləyiş” kimi təqdim olunacaq sənədin imzalanması mümkündür.

Turkustan.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti hökumətə yaxın mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan “Vətəndaş Müqaviləsi” partiyasının iclasında çox güman ki, "müəyyən sənədin imzalanacağını" bildirib.

Qəzetin yazdığına görə, ABŞ “Zəngəzur məsələsi” ilə bağlı həll variantı təklif edib və bu variantda “dəhliz” termini işlədilmir, heç bir səlahiyyətin verilməsi nəzərdə tutulmur, lakin xarici nəzarət elementləri mövcuddur. /bakupost.az/


MANŞET XƏBƏRLƏRİ