Noyabr ayı ərzində “Rəqəmsal Media Ayı” keçiriləcək


Media və Yayım Şurasının təşəbbüsü ilə noyabr ayında “Rəqəmsal Media Ayı” keçiriləcək.

Bu barədə Turkustan.az-a Şuradan məlumat verilib.

Bildirilib ki, “Rəqəmsal Media Ayı”nın əsas məqsədi rəqəmsal media sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi, media savadlılığının artırılması, etibarlı və məsuliyyətli məzmun yaradıcılığının təşviqi, eləcə də gənclərin bu sahədə peşəkar inkişaf imkanlarının genişləndirilməsidir.

Ay ərzində müxtəlif hədəf qruplarını əhatə edən maarifləndirmə proqramlarının, praktiki təlimlərin, şəbəkələşmə görüşlərinin və media kampaniyalarının təşkili nəzərdə tutulur.


MANŞET XƏBƏRLƏRİ